Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından (Aİ) çıxmasından sonrakı dövrə aid miqrasiya siyasətinin əsas istiqamətlərini açıqlayıb.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, Avropa İttifaqı (Aİ) ölkələrindən olan aşağı ixtisaslı kadrlar “Breksit”dən sonra Britaniyada əmək fəaliyyəti üçün avtomatik icazə ala bilməyəcəklər.
Britaniyanın daxili işlər naziri Sacid Cavidin sözlərinə görə, əmək miqrasiyası qaydalarının dəyişdirilməsi ilə bağlı həm “Breksit” tərəfdarları, həm də əleyhdarları arasında müəyyən narahatlıq var:
“Referendumun nəticəsinə uyğun olaraq, biz hərəkət azadlığını məhdudlaşdıra bilərik. Yəni son 40 ildə ilk dəfə olaraq, kimlərin ölkəyə gəlib-gəlməməsinə dair qərar verməli olacağıq”.