!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniyadan İrana körfəz notası: "Təhlükəli yol seçdilər"

!Reklam – Yazi

Hörmüz boğazında Britaniya bayrağı altında üzən “Stena Impero” tankerinin İran tərəfindən saxlanılması London-Tehran münasibətlərində gərginliyi artırıb.

Yenicag.az xəbər verir ki, Britaniyanın Xarici İşlər naziri iranlı həmkarı ilə telefon danışığında hadisəyə görə son dərəcə məyus olduğunu bildirib.

Ceremi Hant İrana xəbərdarlığında deyib ki, gəmini saxlamaqla Tehran “təhlükəli yol” seçib.

O, əlavə edib ki, İran tankeri azad etməsə, bunun “ciddi nəticələri” olacaq. Britaniyanın Xarici İşlər naziri bird aha vurğulayıb ki, Hörmüz boğazında Britaniya bayrağı altında üzən gəmini saxlamaqla İran hakimiyyəti “qanunsuz və stabilliyi pozan” əmələ yol verib.

Rəsmi Tehran isə tankerin “beynəlxalq dənizçilik qaydalarının” pozulması səbəbindən saxlanıldığını bildirib.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif britaniyalı tərəf müqabili ilə telefon söhbətində deyib ki, tankerlə bağlı məsələ hüquqi müstəvidə həll edilməlidi.

Xatırladaq ki, Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri cümə günü Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb. Britaniyaya məxsus, lakin Liberiya bayrağı altında üzən daha bir gəmi – “MV Mesdar” həmin yerdə saxlanılsa da, cümə günü azad olunub./APA/

www.yenicag.az

759
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv