Böyük Britaniya Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırmaq üçün Avropa ölkələrinə çağırış edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Boris Conson Avropa ölkələrini “Şimal axını-2” qaz kəmərinin istismarından imtinaya hazır olmağa çağırıb:
“Biz alternativ enerji mənbələri tapmalı və Rusiyaya qarşı ciddi iqtisadi məhdudiyyətlərin yaranmasına nail olmalıyıq”.
Conson bu fonda Ukrayna ətrafında baş verənlərin çox təhlükəli olduğunu deyərək, dünyanın “uçurumun kənarı”na yaxınlaşdığını bildirib.