!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniyadan Rusiya və Çinə zərbə: “Qızıl viza” ləğv olunur

!Reklam – Yazi

Xarici investorlara Böyük Britaniyada yerləşmək imkanı verən “Qızıl viza” proqramı dayandırılır.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Böyük Britaniya hökumətinin “Qızıl viza” proqramını dayandırmaq qərarı maliyyə cinayətkarlığına qarşı mübarizəni sərtləşdirmək niyyətindən irəli gəlir.

Məlumata görə, xarici vətəndaşlara 2008-ci ildən verilməyə başlanılan və imkanlı investorların ölkəyə cəlb olunması üçün tətbiq olunan “Qızıl viza”nın verilməsi artıq dekabrın 7-dən dayandırılacaq.

Qeyd olunur ki, son 10 ildə Böyük Britaniyadan “Qızıl viza” almış əcnəbilərin mütləq əksəriyyətini Rusiya və Çin vətəndaşları təşkil edir.

Britaniya hökumətinin açıqlamasına əsasən, maliyyə mənbələrinin dəqiqləşdirilməsini müəyyən edən sistemin yaradılmasından sonra “Qızıl viza”ların verilişi bərpa olunacaq.

www.yenicag.az

1581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv