Britaniyanın Azərbaycandakı səfiri Ramazan bayramı münasibətilə paylaşım etdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, səfir bununla bağlı paylaşım edib. Paylaşımda deyilir:

“Dünya və Azərbaycan müsəlmanlarını Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah tutduğunuz orucları qəbul etsin!”