Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ould Şəhidlər xiyabanını ziyarət edib.
Yenicag.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb:
“Bu gün mən Şəhidlər xiyabanına Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı mübarizə apararaq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm”.