Britaniyalı baş nazir Boris Conson koronavirus infeksiyası ilə əlaqədar analizlərin verilməsi üçün xəstəxanaya yerləşdirilib.
Yenicag.az-ın məlumatına görə, bu barədə “Sky News” telekanalı xəbər yayıb.
“Baş nazir həkimlərin məsləhəti ilə xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır”, – məlumatda deyilir.
B.Conson koronavirusa martın 27-də yoluxub və hazırda ölkəyə rəhbərlik etməyə davam edir. Onun işləyə bilməyəcəyi təqdirdə bu vəzifənin icrası xarici işlər naziri Dominik Raaba verilməlidir.