!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniyanın ticarət elçisi: “Ümid edirəm ki, İlham Əliyev yenə də Londona səfər edəcək...”

!Reklam – Yazi

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüş çox müsbət və məhsuldar oldu. Ümid edirəm ki, Prezident İlham Əliyev yenə də Londona səfər edəcək və onunla görüşmək imkanımız olacaq”.

Yenicag.az-ın xəbərinə görə, bunu Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson deyib.

Onun sözlərinə görə, qarşılıqlı səfərlər Böyük Britaniya və Azərbaycan arasında münasibətləri daha da sıx və yaxın edir.

“Bu, bizim əsas məqsədimizdir. Nəzərə almalıyıq ki, Böyük Britaniya Avropa İttifaqını tərk edir. Ona görə də münasibətləri yaxınlaşdırmaq bizim üçün kifayət qədər önəmli məsələdir”, – deyə Baronessa Emma Nikolson qeyd edib.

www.yenicag.az

3058
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv