Böyük Britaniyanın Baş naziri Kir Starmer Devid Lemmini yeni xarici işlər naziri təyin edib.
Yenicag.az xəbər verir ki, D.Lemmi 2020-ci ildə Kir Starmer Leyboristlər Partiyasının lideri seçildikdən sonra onun komandasına qoşulub.
Xatırladaq ki, Leyboristlər Partiyasının lideri Kir Starmer Kral III Çarlzdan kabineti formalaşdırmaq mandatı alaraq Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlayıb./Report/