!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüssel görüşü: Moskva prosesə mane olmaq üçün qollarını çırmalayıb - ŞƏRH

!Reklam – Yazi

“Burada əsas olan əldə edilmiş razılaşmaların həyata keçirilməsini təmin etməkdən ibarətdir”.

Bu fikirləri mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün yekun nəticələrini şərh edən beynəlxalq münasibətlər üzrə analitik, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədr müavini Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.

Teymur Qasımlı bildirib ki, Şarl Mişelin açıqlamasında diqqət çəkən ən birinci məqam etnik ermənilərlə bağlı söylədikləri olub:

“Brüssel görüşü öncəsində çox maraqlı proseslər baş verdi. Diplomatik gedişlər oldu. 6 aprel görüşü ilə bağlı prezident bildirdi ki, delimitasiya və demarkasiya ilə bağlı öhdəliyimizi yerinə yetirmişik, ancaq Ermənistan bunu etmir. Paşinyan da Niderlandda bildirdi ki, Azərbaycan əsirləri, yəni diversantları geri qaytarmayıb. Orada bilindi ki, prosesin davamlılığının pozulması baş verə bilər. Bundan başqa, Azərbaycanın beş təklifinə qarşı altı təklif irəli sürülməsi də oldu.

Bütün bu proseslər davam edərkən Brüsseldə növbəti görüş keçirildi. Şarl Mişelin bəyanatına baxdığımız zaman müəyyən razılaşmaların əldə edildiyini görürük. Ancaq bu dəfə Şarl Mişelin “etnik erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini həll etmək lazımdır” fikri diqqəti cəlb etdi.

Burada əsas olan əldə edilmiş razılaşmaların həyata keçirilməsini təmin etməkdən ibarətdir. Rəsmi Moskvanın mövqeyi də bu məsələdə həlledici rol oynayır. Brüssel görüşündən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni və azərbaycanlı həmkarları ilə danışması Kremlin Brüssel proseslərindən narahat olduğunu göstərir. Düşünürəm ki, Paşinyanın yenidən Ərbə meyillənməsi Rusiyanın xoşuna gəlməyəcək və maşaları olan erməni müxalifətini daha da qızışdıracaq. Qarabağda təxribatların daha da artacağını təxmin etmək isə bir o qədər çətin deyil”.

Aqil Bəkir

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv