!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüssel Yunanıstanla Türkiyəni toqquşdurur: türk turistlərə viza təxribatı

!Reklam – Yazi

Yunanıstanın Egey dənizindəki adalara səyahəti asanlaşdıran “qapı vizası” qaydası aradan qaldırılır.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası Türkiyəli turistlərin Yunanıstana rahat səyahət imkanlarına mənfi təsir göstərəcək “qapı vizası” qaydasını ləğv edir. Yunanıstan mətbuatının yazdığına görə, ölkənin xarici işlər nazirinin Avropa məsələləri üzrə müavini Yorqos Katrouqalos Egey dənizindəki adalardan seçilmiş millət vəkillərinə göndərdiyi məktubunda “qapı vizası” qaydasının qüvvədə qalması üçün etdiyi cəhdlərin nəticə vermədiyini bildirib. Qeyd olunur ki, hazırda Brüsseldə olan Katrouqalos Aİ Komissiyası sədrinin müavini Frans Timmermansla görüşdə Türkiyəli turistlərin viza məsələsini də müzakirə edib. Xəbərə əsasən, əsas gəlirləri turizm sahəsindən olan Egey adalarının hakimiyyət orqanları “qapı vizası” qaydalarının ləğvinə etirazlarını bildiriblər. Bununla yanaşı əlavə edilir ki, türkiyəli turistlərin Yunanıstana səfərlərinin asanlaşdırılması üçün viza açılması prosedurlarının sadələşdirilməsi istiqamətində də addımlar atılır. Bu məqsədlə Yunanıstanın Türkiyədəki konsulluqlarına müvafiq təlimatlar verilib.

Aİ Komissiyasının bu qərarının Türkiyə ilə Yunanıstan arasında Kardak adaları ilə bağlı gərginliyin yarandığı və Egey dənizindəki digər adalarla bağlı mübahisələrin ortaya çıxdığı dövrə təsadüf etməsi diqqətdən kənarda qalmır. Kardak adaları ətrafında narazılığın azaldığı günlərdə Aİ Komissiyasının “viza təxribatı”na əl atması Ankara ilə Afina arasında münasibətlərdəki gərginliyin Brüsseldən “körükləndirildiyi” qənaətini möhkəmləndirir.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv