Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Brüsseldə XİN başçılarının görüşü başa çatdı - VİDEO

Reklam: High Technic

Brüsseldə Avropa İttifaqı ölkələrinin və “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan altı ölkənin xarici işlər nazirlərinin görüşü başlayıb.

Yenicag.az-ın məlumatına görə, Azərbaycanı iclasda Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edir.

Görüş Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin sədrliyi ilə keçirilir.

Görüş zamanı iştirakçılar “Şərq Tərəfdaşlığı” Proqramının həyata keçirilməsini müzakirə edəcəklər.

***

Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin və “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısı olan altı ölkənin Xarici İşlər nazirlərinin görüşü başa çatıb.

İclas mətbuata qapalı şəraitdə keçirilib.

Görüşün yekununda Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN başçıları birgə fotoşəkil çəkdiriblər.

Xatırladaq ki, “Şərq Tərəfdaşlığı”nın 10 illiyinə həsr olunmuş ikigünlük tədbir sabah Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının iştirak edəcəyi yüksək səviyyəli konfrans ilə davam edəcək./Report/

 

 

www.yenicag.az

2177