ABŞ-ın Qərbi Virciniya ştatında baş verən daşqınlar 26 nəfərin ölümünə səbəb olub.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, təbii fəlakət zamanı 100-dək ev uçub, həmçinin yollara və infrastruktura ciddi ziyan dəyib.
Fəlakət nəticəsindən on minlərlə ev işıqsız qalıb.
Ştatın 44 dairəsində fövqəladə vəziyyət elan edilib. Axtarış-xilasetmə işləri davam etdirilir.