Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədi ilə paytaxtda sosial izolyasiya tədbirlərinin və məhdudiyyətlərin gücləndirilməsi davam etdirilir.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, xüsusi karantin rejimi çərçivəsində polis Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları ilə birgə xidmət aparır:
“Paytaxt sakinlərinə tövsiyə edirik ki, xüsusi karantin rejim qaydalarına əməl etsinlər, sosial izolyasiya, özünütəcrid tədbirlərinə uyğun davransınlar”.