Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də keçirmək istədiyi piketlə bağlı müraciətinə cavab verilib.
Yenicag.az-ın məlumatına görə, BŞİH-də partiyanın müraciətinə müvafiq qaydada baxılıb və piketə icazə verilməyib.
Qeyd edək ki, Müsavat Partiyası noyabrın 12-də BŞİH-nin qarşısına piket təyin edib və bununla bağlı quruma müraciət edib.