Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov yeni vəzifəyə təyin olunub.
Yenicag.az xəbər verir ki, İ.Kərimov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.
Belə ki, BŞİH-in başçısı Eldar Əzizovun müvafiq əmri ilə İ.Kərimov İcra Hakimiyyətinin humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin edilib.
E.Əzizovun digər əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri vəzifəsi isə Mətin Adil oğlu Hüseynova həvalə olunub.