Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

BŞİH qurultayın keçirilməsinə razılıq verdi - Restoran sahibi imtina etdi

Reklam: Sinerji Pro

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 12-də qurultay keçirilməsinə yer ayrılması üçün etdiyi müraciəti cavablandırıb.

Yenicag.az-ın məlumatına görə, BŞİH-də müraciətə baxılıb, qurultayın oktyabrın 12-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib.

Lakin mərasim evinin sahibi bundan imtina edib. Bu barədə Report-a Müsavat Partiyasının başqanının müavini Razim Əmiraslanlı məlumat verib.

“Qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək xahiş etmişdik ki, qurumun balansında olan 400-500 nəfərlik yer ayırsın. Təəssüflər olsun ki, icra hakimiyyəti belə yerin olmadığını qeyd etdi. Bildirildi ki, Müsavat Partiyası hər hansı yer təklif etsin, icra hakimiyyəti də müvafiq qərar versin. Biz Binəqədi rayonunda, 7-ci mikrorayonda yerləşən “Büllur” mərasim evi ilə danışıqlar apardıq, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik, razılıq aldıq. Təəssüflər olsun ki, bu gün həmin mərasim evinin sahibi oktyabrın 12-də orada tədbir olacağını dedi. Bir sözlə, yeri verməkdən imtina etdi. Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi məsələni müzakirə edir. Hələlik konkret qərarımız yoxdur”, – deyə o əlavə edib.

www.yenicag.az

1174
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM