!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Sağlamlıq Mərkəzi ilə bağlı yeni - Qərar

!Reklam – Yazi

Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzinin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən Səhiyyə Nazirliyinin tabeliyində Bakı Sağlamlıq Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulacaq. Maliyyə və Səhiyyə nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qərar gələn ilin 1 yanvarından qüvvəyə minəcək.

www.yenicag.az

2508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv