BŞTİ-dən məktəbdəki görüntü ilə bağlı AÇIQLAMA – VİDEO

“İntellekt” məktəb-liseyində şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən müvafiq araşdırma aparılır və zəruri profilaktiki tədbirlər görülür.

Bu barədə Yenicag-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, bugün sosial şəbəkələrdə şagirdlərin sinif otağında qeyri-etik davranışlar sərgiləmisən dair videogörüntülər yayılıb.