!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BSU-da dəyişiklik – Jurnalistika fakültəsi ləğv edildi

!Reklam – Yazi

90_1374260220asdMətbuatda Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin ləğv olunması ilə bağlı məlumat yayılıb.

Məlumatda bildirilir ki, jurnalistika fakültəsi ləğv olunaraq filologiya fakültəsi ilə birləşdirilib.

Məsələ ilə bağlı açıqlama verən universitetin mətbuat xidmətinin rəhbəri Adil Əliyev bildirib ki, ixtisas ləğv edilməyib, sadəcə iki fakültə birləşdirilib: “Universitetdə struktur dəyişikliyi aparılır. Bu səbəbdən iki fakültə – Jurnalistika və Filologiya birləşdirilib. Əvvəl hər iki fakültə ayrılıqda fəaliyyət göstərirdi. Lakin dəyişiklikdən sonra Azərbaycan Filologiyası və Jurnalistika fakültəsi olub. Jurnalistika ixtisas olaraq ləğv edilməyib”.

Fakültənin dekanının kim olacağı ilə bağlı suala isə A.Əliyevin cavabı belə olub: “Hələki rektor bununla bağlı əmr verməyib. Ona görə də dekanın kim olacağını bilmirik”.

Məlumat üçün bildirək ki, BSU-da Jurnalistika ilkin olaraq Filologiya fakültəsinin nəzdində şöbə kimi yaradılmışdı. Bir neçə il əvvəl isə fakültənin nəzdindən çıxarılmışdı. Fakültənin dekanı Səfər Məmmədov idi.(Aznews)

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv