BSU-nun rektoru vəzifəsindən azad edildi

Nurlana Müzəffər qızı Əliyeva Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.

Yenicag.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Nurlana Əliyeva BSU-nun rektoru kimi yol verdiyi ciddi nöqsanlarla yanaşı, Universitet tələbələrinin Bakıda 1990-cı il yanvarın 20-də törədilmiş qanlı qırğınların əsas təşkilatçılarından biri olan Yevgeni Primakovun 90 illiyi ilə əlaqədar keçirilən esse müsabiqəsində iştirakına görə də sərt tənqid hədəfinə çevrilmişdi.