BTQ ilə yola salınan ilk qatar mənzil başına 10 saat tez çatdı – VİDEO

Ələtdən yola çıxan Bakı-Tiflis-Qars dəmiryolu qatarı hesablamalardan 10 saat tez Mersinə çatıb.

Yenicag.az xəbər verir ki, Mersin dəmiryolu məntəqəsində qatarları Türkiyə Cümhuriyyətinin Nəqliyyat Nazirliyinin rəsmisi Veysi Kurt qarşılayıb.

Nazirlik rəsmisi 600 ton yüklü qatarların nəzərdə tutulandan 10 saat tez gəlməsini böyük uğur adlandırıb.