!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu 2 rayonun qaz təchizatında fasilə yarandı

!Reklam – Yazi

Xaçmaz və Ucar rayonlarının qaz təchizatında fasilə yaranıb.

“Azəriqaz” İstehsalat Birliyindən Yenicag.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Nərəcan kəndinin müəyyən hissəsinə xidmət edən 100 mm-lik qaz kəməri avtomobillə vurularaq qırılıb. Gecə saat 03:30-dan həmin ərazinin qaz təchizatı dayandırılıb. Xaçmazda digər bir halda da traktorla 108 mm-lik qaz kəməri vurularaq qırılıb. Bu səbəbdən Gəncəli kəndində saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb. Rayonun hər iki ərazisində ayrı-ayrılıqda 100 abonentin qaz təchizatında fasilə yaranıb.

Ucar rayonunda isə Xalac kəndini təbii qazla təmin edən 110 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, həmin kəndə təbii qazın verilişi bu gün səhər saat 09:30-dan dayandırılıb. Bu vaxt 140 abonentin qaz təminatında fasilələr yaranacaq. Gün ərzində təmir prosesi tamamlandıqdan sonra təchizat bərpa olunacaq.

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv