!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu addım sözügedən şəxsləri iqtisadiyyata daxil etmək, biznes və..." - ŞƏRH

!Reklam – Yazi

“Proqramı cəmiyyətin bu insanlara bir növ təşəkkürü kimi də qiymətləndirmək olar”.

Bu sözləri şəhid və qazi ailələri, müharibə iştirakçılarının rifahını yaxşılaşdırmaq istiqamətində KOBİA və ƏƏSMN-nin Qarabağ KOB-ları proqramı haqqında danışan iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, bu təşəbbüsü həmin insanların gələcəkdə işlə təmin edilməsi yönündə önəmli tədbir hesab etmək olar:

“Göründüyü kimi, özəl şirkətlərdən birinin qrant dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi seçimləri təqdim edəcək. KOBİA potensialı olan şəxslərə təlimlər keçərək seçilən istiqamət üzrə müəyyən dəstəklərin verilməsini nəzərdə tutur. Bunun üçün əlliyə yaxın şəhid ailələri, qazilər, müharibə iştirakçıları olan şəxslərə bu cür dəstək verilməsi planlaşdırılır. Proqramı sosial əhəmiyyətli olmaqla yanaşı, milli vətənpərvərliyin artırılması aspektində cəmiyyətin bu insanlara bir növ təşəkkürü kimi də qiymətləndirmək olar. Eyni zamanda, bu addım sözügedən şəxsləri iqtisadiyyata daxil etmək, biznes və iqtisadi sahədə zəruri bilikləri aşılamaq məqsədi daşıyır. Beləliklə, təşəbbüs olaraq bunu həmin insanların gələcəkdə işlə təmin edilməsi yönündə önəmli tədbir hesab etmək olar. Həmçinin düşünürəm ki, bu istiqamətlərdə şəxsi biznesin qurulması üçün gələcəkdə kiçik investisiyaların qoyulmasına da kömək oluna bilər. Ümidvarıq ki, bu addım effektiv və uğurlu olacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv