Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Bu addımlar atılmasa, problemli kreditlər qar uçqunu effekti yaradacaq” – İqtisadçıdan TƏKLİF

“Bütün növ kreditlər üzrə faiz hesablanmaları 6 aylıq – aprelin 1-dən oktyabrın 1-nə qədər dondurulmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri hökumətin tətbiq etdiyi vergi güzəştləri ilə bağlı proqrama münasibət bildirən iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərlinin fikrincə, nəzərdə tutulan güzəştlər bank sektoruna da şamil edilməlidir:

“Proqramda sadələşdirilmiş vergilərlə də bağlı müəyyən güzəştlər var, onlar pis deyil. Amma nə qədər ki, icarə məsələsi ilə bağlı problem həll edilməyəcək, kiçik-orta biznesin bükülmüş beli düzəlməyəcək.

Daha vacib məsələ isə biznes, ipoteka və istehlak kreditləri ilə əlaqədar problemdir. Bütün növ kreditlər üzrə faiz hesablanmaları 6 aylıq – aprelin 1-dən oktyabrın 1-nə qədər dondurulmalıdır. Eyni zamanda, banklara dəyən ziyanı kompensasiya etmək üçün onlar da 6 aylıq hər növ vergidən azad edilməlidirlər.

Bununla yanaşı, banklara Mərkəzi Bank tərəfindən manatla ilk 6 ayı 0 faiz, növbəti 6 ayı isə 3 faiz olmaqla, bir illik kredit xəttləri açılmalıdır. Bu addımlar olmasa, problemli kreditlər qar uçqunu kimi artacaq və sonda hökumət daha çox vəsait xərcləyərək, bankları xilas etməli olacaq”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

946
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100