Bu ali məktəbdə maaşlar artırıldı – AÇIQLAMA

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının aylıq maaşları artırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya universitetin mətbuat xidmətindən məlumat verilib.

Maaşlar universitetin rektoru, professor Ceyran Mahmudovanın göstərişiylə əməkhaqları artırılıb. Bu barədə qərar fevralın 6-sı Elmi Şuranın iclasında təsdiq olunub.

Qərara əsasən, ADMİU-nun əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması və əməyinin stimullaşdırılması məqsədilə ştat cədvəli üzrə aylıq vəzifə maaşları martın 1-dən etibarən 15 faiz artırılır.

İclasda elmi şura üzvlərinin təklifi ilə onların ilk maaş artımı YAŞAT Fonduna ianə ediləcək.