!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, Amerika “dərin dövləti”nin Trampa xəbərdarlığıdır” - Politoloq

!Reklam – Yazi

“Trampın müttəfiq dövlətlərə qarşı atdığı addımlar Vaşinqtonun ənənəvi siyasət tərəfdarlarını narahat edir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampa qarşı intensivləşən impiçment çağırışlarını şərh edən politoloq Taleh Əliyev deyib.

Taleh Əliyevin sözlərinə görə, Donald Trampa qarşı impiçment təşəbbüsünü dəstəkləyənlər arasında respublikaçıların da olması diqqəti çəkən məqamdır:

“Bildiyiniz kimi, Trampın hakimiyyətə gəlişindən sonra atdığı bəzi addımlar nəinki birmənalı qarşılanmayıb, hətta ciddi narazılıq doğurub. Bu çərçivədə 2016-ci il seçkilərinə kənar müdaxilələrin olmasına dair iddialardan tutmuş ABŞ-ın ənənəvi müttəfiqləri olan Avropa İttifaqı və Türkiyə əleyhinə yürüdülən sərt siyasəti qeyd etmək olar.

Trampın və komandasının müttəfiqlərlə münasibətləri kəskinləşdirməsi və başqa məqamlar ABŞ prezidenti əleyhinə impiçment prosedurlarının başlanması tələbini ortaya gətirib. Bu kimi tələblər hətta sadəcə, demokratlar deyil, həm də respublikaçı konqresmenlər, ayrı-ayrı senatorlar tərəfindən dəstəklənməkdədir.

Amma mövcud şəraitdə Trampa qarşı başladılan bu kampaniyanın konkret qərarla nəticələnəcəyi inandırıcı görünmür. Bu, ola bilsin bəzi dairələrin, xüsusilə də Amerika “dərin dövləti”nin Trampa xəbərdarlığıdır. Yəni bu, Trampın müttəfiq ölkələrə münasibətdə atdığı addımlara yönəlik Vaşinqtonun ənənəvi siyasət tərəfdarlarının narahatlığının ifadəsisir.

Onlar impiçment məsələsini gündəmə gətirməklə Trampı narazılıq doğuran addımlardan çəkindirməyə çalışırlar. Lakin bütün hallarda impiçment məsələsinin reallaşacağı inandırıcı deyil”.

Qeyd edək ki, 2016-cı il prezident seçkilərinə müdaxilə məsələsinin qabarması fonunda ABŞ prezidenti Donald Trampın impiçment məsələsi kifayət qədər aktuallaşıb.

ABŞ tarixində indiyə kimi cəmi 3 prezidentə qarşı impiçment məsələsi gündəmə gəlib. 1868-ci ildə Endryu Consona və 1998-ci ildə Bill Klintona qarşı irəli sürülən impiçment təşəbbüsü Senatdan keçmədiyi üçün həmin prezidentlər vəziyyətdən çıxa biliblər. Lakin 1974-cü ildə anoloji vəziyyətlə üzləşən prezident Riçard Nikson Senatın qərarını gözləmədən istefa verib.

ELÇİN

www.yenicag.az

5360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv