!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, antiterror əməliyyatlarımızın uğurunun daha bir nümunəsidir" - Türkiyə PA-nın rəsmisi

!Reklam – Yazi

“Türkiyənin, ideologiyasından və mənşəyindən asılı olmayaraq, terrorla mübarizəsi sürətlə davam edir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Adminstrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun qeyd edib ki, Türkiyənin, ideologiyasından və mənşəyindən asılı olmayaraq, terrorla mübarizəsi sürətlə davam edir:

“Əl-Bağdadinin bacısının həbsi antiterror əməliyyatlarımızın uğurunun daha bir nümunəsidir. Xalqımızı qorxutmaq və regionumuzda sabitliyi pozmaq istəyənlərə ədalət gətirmək əzmimiz şübhə altına alına bilməz. İŞİD-ə qarşı qətiyyətimizi şübhə altına almaq üçün Türkiyəyə qarşı təbliğat kampaniyası aparılıb. Terrorizmin bütün formalarına qarşı mübarizədə lider olmuşuq. Həmfikir tərəfdaşlarla güclü antiterror əməkdaşlığımız heç vaxt şübhə altına alına bilməz”.

www.yenicag.az

6093
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv