Bu aviaşirkət Tehrana uçuşları ləğv etdi

Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” Hava Yolları Bağdad, Ərbil və Tehrana aviareyslərin ləğvini 31 oktyabra qədər uzadıb.

Yenicag.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilir ki, Yaxın Şərqdə artan gərginlik və İranla İsrail arasında mümkün hərbi münaqişə ehtimalı səbəbindən bir sıra Avropa aviaşirkətləri də uçuşları ləğv edib.

Qeyd edək ki, bundan öncə “Emirates” Tehrana uçuşları 23 oktyabra qədər dayandırdığını açıqlamışdı.

COP29