Bu Avropa ölkələri Fələstin dövlətini tanımağa hazırlaşır: Baş nazir mühüm hadisələrin ANONSUNU VERDİ

İspaniya yaydan əvvəl Fələstin dövlətini tanımaq niyyətindədir. 

Yenicag.az xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançez İordaniyaya səfəri zamanı jurnalistlərə açıqlama verib.

İspaniya mətbuatının məlumatına görə, Sançes aprel və iyun ayları arasında İsrail və HƏMAS arasındakı münaqişələrlə bağlı beynəlxalq ictimaiyyətdə mühüm hadisələrin olacağına inanır.

Onun sözlərinə görə, qarşıdan gələn həftələr Fələstinin BMT-nin tamhüquqlu üzvü kimi tanınmasına yönəlmiş müzakirələrə diqqət yetirməlidir.

Sançes Fələstin dövlətinin tanınması ilə bağlı İrlandiya, Malta və Sloveniyanın baş nazirləri ilə verilən ortaq qərarın lazımi şərtlər yerinə yetirildiyi təqdirdə, yaydan əvvəl həyata keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, İspaniya əvvəlcə Nazirlər Şurasında Fələstin dövlətinin tanınması ilə bağlı qərar verəcək, sonra isə parlamentə təqdim edəcək.

İspaniya hökumətinin başçısı hesab edir ki, İsrail və HƏMAS arasında açıq müharibədə regionda sülh və təhlükəsizliyi təmin etməyin yeganə yolu Fələstinin tanınmasıdır.

Yenicag.az 

COP29