İrlandiya, İspaniya və bir sıra digər Avropa İttifaqı (Aİ) ölkələri mayın 21-də Fələstini tanımaq məsələsini nəzərdən keçirir.
Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, İrlandiya, İspaniya, eləcə də Sloveniya və Malta Fələstin dövlətçiliyinin birgə tanınması məqsədi ilə əlaqələri gücləndirib.
Bu dövlətlər mayın 10-da BMT Baş Assambleyasında fələstinlilərin dünya təşkilatına tamhüquqlu üzv olmaq hüququnun tanınmasına səbəb ola biləcək səsverməni gözləyirlər.
Reuters xatırladır ki, 22 mart tarixli birgə bəyanatda İspaniya, İrlandiya, Malta və Sloveniya Fələstin dövlətinin tanınması istiqamətində ilk addımları atmağa razılaşdıqlarını bildiriblər.
Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, Vaşinqton yəhudi dövləti üçün təhlükəsizlik təminatlarının olacağı təqdirdə Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edir./unikal