Bu Avropa ölkəsi döyüş hazırlığına başladı – 6 aylıq taxıl ehtiyatı toplandı

Finlandiya Rusiyanın təcavüzü fonunda döyüş hazırlığını artırır.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Financial Times” nəşri məlumat yayıb.

Nəşr yazır ki, istənilən NATO və Avropa İttifaqı ölkəsi arasında Rusiya ilə ən uzun sərhədə malik olan Finlandiya, onilliklər ərzində qonşusunun mümkün hücumuna diqqət yetirməsi ilə yaxşı tanınır və nəticədə Qərb dünyasında bəlkə də bənzəri olmayan bir hazırlıq səviyyəsi var.
Finlandiya silahlı qüvvələrinin baş qərargah rəisinin silahlanma və maddi-texniki təminat üzrə müavini general-leytenant Mikko Heyskanen “Financial Times”a bildirib ki, ölkəsi bu yaxınlarda müharibə vəziyyətində avadanlıq istehsal etmək və ya xidmət göstərmək üçün özəl şirkətlərlə bağlanmış 1000-dən çox müqaviləni nəzərdən keçirib.

“Biz uzunmüddətli böhrana hazır olmalıyıq. Biz bütün razılaşmaları yoxlamışıq, təkcə döyüş sursatı deyil, həm də digər materialların alınmasını. Strateji tərəfdaşlarımızın planlarını və hazırlığını da yoxlayırıq”, – Heyskanen söyləyib.

O qeyd edib ki, ölkənin əsas növ yanacaq və taxıl ehtiyatları 6 ay, sığınacaqlar isə bütün ölkə əhalisinə çatacaq.

Rafi Müslümov

COP29