Bu avtobusların iş vaxtı uzadılacaq – SİYAHI

“Formula 1” üzrə Azərbaycan Qran Prisi zamanı tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşəcək F1 Şəhərciyinə və bilet aldıqları tribunalara gediş-gəlişini təmin edəcək ictimai nəqliyyat vasitələri müəyyənləşib.

Bu barədə Yenicag.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilir ki, yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün hazırlanan Nəqliyyatın İdarə Olunması planına əsasən, trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar səhər saat 6:00-dan gecə saat 4:00-dək, 28 May və İçəri Şəhər metro stansiyaları saat 6:00-dan gecə saat 2:00-dək fəaliyyət göstərəcək.