Bu avtobusların son dayanacaq məntəqəsi dəyişdirildi

Bakıda 15 marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, 2, 14, 13, 7a, 158, 142, 130, 59, 37, 96, 91, 29, 117, 83 və 67 saylı müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib.

Sabahdan etibarən avtobuslar Avtovağzal Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərimizin xidmətində olacaqlar.

COP29