Bu axın Rusiyanı qarışdırdı – Lavrov bu tendensiyanı Paşinyandan soruşdu

Rusiyada gənclər arasında sürətlə yayılan “kvadrobinq” axını son günlər Rusiyada ən çox müzakirə olunan gündəmə çevrilib. Rusiya hökuməti uşaqların pişik, it və ayı kostyumları geyindirərək, heyvana bənzər hərəkətlər etməsi tendensiyasına savaş açıb.

Yenicag.az xəbər verir ki, Rusiya lideri Vladimir Putinə yaxın simalardan olan parlamentin spikeri Viyaçeslav Volodin “uşaqları qullara çevirən” hərəkatın Qərb və ABŞ-ın rusları insanlıqdan çıxarmaq planı olduğunu deyib. “Bu, ilk baxışdan zarafat və oyun kimi görünə bilər, lakin bunun arxasında insana aid olan hər şeyi rədd etmək üçün ciddi bir plan dayanır”, – deyə o qeyd edib.

Bildirilib ki, Rusiya parlamenti də bu tendensiyaya qarşı hökumət nəzarətini artırmaq üçün qanunlar hazırlayır.

Putinin partiyasından olan deputat Sergey Kolunov bildirib ki, kvadrobinq axını ilə məşğul olan gənclərin ailələrinə qarşı iddia qaldırıla bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə görüşdüyü Ermənistanın baş naziri Nikol Paşinyana “Sizdə də kvadrobinq var? Bu, son vaxtlar bizim üçün ən vacib hekayədir” deyib.

Sibirdə bir qadının it paltarı geyinərək, qaçan oğlu ilə gəzdiyi anlar ölkədə böyük əks-səda yaradıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Nəsimi Ələsgərli

COP29