Bu ay Bakıda 18 nəfəri gün vurub

İyun ayı ərzində Bakı şəhərində 18 nəfəri gün vurub.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, günvurma ilə bağlı Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BTTTYS) 18 müraciət daxil olub. Qeyd olunub ki, onlardan 11 nəfəri hospitalizasiya olunub, 7 nəfərə yerində yardım edilib. 18 nəfərdən 2-si uşaq olub.