Dünyanın ən bahalı ayaqqabısının qiyməti açıqlanıb.
Yenicag.az xəbər verir ki, 17 milyon dollar dəyətində olan ayaqqabı Dubayda “Burj el Arab” otelində təqdim olunub.
36 ölçülü ayaqqabı yüzlərlə almaz, qızıl və 2 ədəd 15 karatlıq almazla bəzədilib.
“The Passion Diamond” adlı ayaqqabı qiymətinə görə, 15,1 milyon dollar dəyərində olan “Debbie Wingham”nı geridə qoyub.