!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, Azərbaycana lazım olan bir sazişdir” – Bakı-Brüssel danışıqlarında yeni raund

!Reklam – Yazi

“Mümkün anlaşma Azərbaycanın Avropa İttifaqına gedən yolunda bir tramplin ola bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında keçiriləcək danışıqların növbəti raundunu dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsinin tarixi məlum olub. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskasın sözlərinə görə, danışıqlar yanvarın 28-29-da Brüsseldə baş tutacaq (1news.az). Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik edəcəyi bildirilir.

Gözlənilən danışıqları mühüm hadisə kimi qiymətləndirən politoloq Qabil Hüseynlinin sözlərinə görə, hazırda tərəflər siyasi əlaqələrin genişləndirilməsinə maraq göstərirlər:

“Nəzərdə tutulan danışıqların uğurla gedəcəyini, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli sazişin yenidən paraflanacağını və imzalanacağını düşünürəm. Bu, Azərbaycana lazım olan bir sazişdir.

İkitərəfli danışıqların müzakirə predmeti isə humanitar məsələlərdən tutmuş elmi-texniki və istehsal sahələrinə qədər geniş spektri əhatə edəcək.

Hesab edirəm ki, mümkün anlaşma Azərbaycanın Avropa İttifaqına gedən yolunda bir tramplin ola bilər.

Ancaq hazırda gündəlikdə dayanan əsas məsələ Avropa İttifaqı ilə əlaqələrin, xüsusilə də siyasi əlaqələrin genişləndirilməsidir”.

A.Zeynalov

www.yenicag.az

3613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv