!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu bank dolları nəyə görə ucuz alır? - Ekspert ŞƏRHİ

!Reklam – Yazi

“Dollara ehtiyacı olmayan banklar alış üçün aşağı qiymət təyin edirlər”.

Pandemiya dövrü bir sıra sahələr kimi, bank sektoruna da təsirsiz ötüşməyib. Bu təsirlərdən biri də bankların qeyri-rəsmi şəkildə dollar alış-satışına məhdudiyyət qoymasıdır. Lakin maraqlıdır ki, digər banklarla müqayisədə “Unibank” alış üşün 1 dollar -1,68 azn kurs qoyub. Satış qiyməti isə dəyişməyib. Yəni, 1 dollar – 1,7020 azn təşkil edir. Nəticədə banklar arasında alış üçün təyin edilən ən aşağı qiymət “Unibank”a məxsusdur.

Mövzuya münasibət bildirən bankçılıq üzrə ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında bildirib ki, hazırda “Unibank”da dollara ehtiyac olmadığı üçün bu valyutanı digər banklarla müqayisədə ucuz qiymətə alır. Lakin bu vəziyyət müvəqqətidir və istənilən an dəyişə bilər:

“Prinsipcə, banklar məzənnənin istədikləri valyuta ilə alış və satışını həyata keçirə bilərlər. Hər hansısa bankın daha aşağı məzənnə ilə dollar almaq istəyi onu göstərir ki, həmin bankın dollara ehtiyacı azdır. Yəni, dollar istəmir. Ona görə də vətəndaş əlindəki dolları başqa bankda daha baha sata bilər. Mövcud tendensiya banklararası ciddi rəqabətin getdiyini göstərmir. Bu, cari məsələdir. Yəni, hazırda “Unibank”a çox dollar lazım deyil. Sabah bunun əksi ola bilər. Banklararası yalnız cari rəqabət var”.

Gülşən Şərif

www.yenicag.az

626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv