Bu bankın əmlakı hərraca çıxarıldı

Noyabrın 2-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnika Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə hərrac keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə bankın ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən 111,5 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir. Əmlaka 245 min manat qiymət qoyulub.