3 mart – Vəhşi Təbiətin Mühafizəsi Günü ilə əlaqədar Azərbaycanın milli parklarında martın 3-də “Açıq qapı” günü keçiriləcək.
Yenicag.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
O bildirib ki, həmin gün bütün milli parklarda ziyarətçilər giriş haqqından azad ediləcək: “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, onların iştirakı və bilavasitə köməyi ilə xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməkdir”.
İ.İbrahimova vurğulayın ki, “Açıq qapı” günlərinin bundan sonra da əlamətdar tarixlərdə keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanda 10 milli park – Abşeron, Altıağac, Şahdağ, Samur-Yalama, Şirvan, Hirkan, Ağgöl, Göygöl, Qızılağac, Zəngəzur Milli parkları var./Trend/