Bu bərbər alovla saç kəsir – Bakıda – Video

O, müştərinin saçını qırxarkən qayçı əvəzinə şamdan istifadə edir.

Yenicag.az Xezerxeber-ə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində bərbər kimi fəaliyyət göstərən Pünhan Bədəlov saç kəsərkən qayçı əvəzinə şamdan istifadə edir. O, 1 ilə yaxındır ki, bu üsuldan istifadə etdiyini deyir.

Pünhan Bədəlovun sözlərinə görə, indiyə kimi 40-a yaxın müştərinin başını alov vasitəsilə kəsib. Bu üsulun qayçı ilə saç kəsməkdən daha effektiv olduğunu bildirir.

Bərbər deyir ki, şamla saç kəsdiyi ilk vaxtlarda bir neçə dəfə hətta əlini də yandırıb. Amma alovun saça zərər yetirməsinə imkan verməyib.

Pünhan Bədəlov alovla daha bir yenilik etmək niyyətindədir. O, saçdakı buruqları açmaq üçün də alovdan istifadə edəcəyini bildirir.

 

Yenicag.az