“Bu, bizim üçün böyük bir imtahandır” – Azad Rəhimov

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək Avropa Liqasının finalı ilə bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, Türkiyə mətbuatına danışan nazir Bakının final matçına hazır olduğunu bildirib.

“Bakı UEFA Avropa Liqasının finalına hazırdır. Paytaxtımıza 30 mindən çox əcnəbi azarkeş gələcək. Bu, bizim üçün böyük bir imtahandır. UEFA nümayəndələri stadionu yoxlayıblar. 5 bal üzərindən 4,5 bal verilib.
Bakı Olimpiya Stadionunun hər kv.metr-i düşünülərək inşa edilib. Bütün sistemlər problemsiz olaraq çalışır. Azarkeşlərin aeroportdan rahat şəkildə gələ bilməsi üçün hər şey düşünülüb”, – deyə Rəhimov açıqlamasında vurğulayıb.

Qeyd edək ki, mayın 29-da keçiriləcək final matçında İngiltərənin “Çelsi” və “Arsenal” klubları üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın start fiti 23:00-da səsləndiriləcək.

COP29