Bu çimərliklərə getməyin! – İnfeksion xəstəliklər XƏBƏRDARLIĞI – VİDEO

Xəbər verdiyimiz kimi, 2024-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar olaraq, Bakı və Sumqayıt şəhərləri, respublikanın Lənkəran, Xaçmaz, Astara rayonları ərazisində yerləşən çimərliklərin sanitariya vəziyyətinin müayinəsi və dəniz suyunun keyfiyyət göstəricilərinin laborator tədqiqatının aparılması məqsədilə monitorinqlər həyata keçirilib. Laboratoriya müayinələrinin nəticələrinə əsasən, bəzi çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlansa da, digərlərində isə bu əksinə olub.

Monitorinqlərdən sonra Xəzər dənizininin bəzi ərazilərindən istifadəyə məhdudiyyət qoyulmasa da, çirklənmə prosesi gedən bölgələrdən istifadə tövsiyə edilməyib.

Ümuliyyətlə, dənizdə insan orqanizmnə zərər verə biləcək hansı bakteriyalar mövcuddur? Onlar insan bədənində daha çox hansı xəstəlikləri törədə bilər?

Mövzu ilə bağlı Yenicag.az-a danışan Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim Zakir Quliyev deyib ki, dəniz suyunun çirkli olduğu bölgələrdə dənizdən istifadə insanlarda bir çox infeksion xəstəliklərə gətirib çıxara bilər.

Ətraflı videonu təqdim edirik:

İsmayıl Bakuvi
Samir Məcidov

COP29