!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, çoxdankı problemdir” – məşhur idmançıdan etiraf

!Reklam – Yazi

idmanCüdo üzrə Dünya çempionatının bürünc (2013), Avropa Oyunlarının isə gümüş medalçısı, üçqat Qran-Pri qalibi Orxan Səfərov Yeniçağ.az-a müsahibə verib. Cüdoçu müsahibəsində həm məşqlərindən, həm də tətbiq ediləcək yeni qaydalardan danışıb.

– Olimpiadadan sonra nə işlə məşğulsunuz? Məşqlərə ara vermisiniz?

– Olimpiya oyunlarından sonra bir ay istirahət etdim. Ondan sonra məşqlərə başladım. Həmçinin zədələrim vardı, müalicə olundum.

– Məşqlər ancaq fərdi şəkildə idi?

– Xeyr. Milli komandamız toplaşmışdı. Belə ki, Olimpiadadan sonra Şəmkirdə, Tiflisdə təlim-məşqlərimiz oldu. 5 gün respublika çempionatı oldu. Buna görə fərdi məşqlər edirdik.

– Başa çatmaqda olan 2016-cı ili həm özünüz, həm də bütün cüdo yığması üçün necə qiymətləndirirsiz?

– Özüm üçün çox pis. Çünki arzuladığım Olimpiya medalını qazana bilmədim. Amma cüdo üzrə yığma komandamız üçün 2016-cı il uğurlu oldu. İştirak etdiyimiz bütün böyük yarışlardan medallar qazandıq.

– 2017-ci illə bağlı hansı planlarınız var? Çəkinizdə dəyişiklik etməyi düşünürsünüz?

– Sözün düzü, növbəti il üçün hələ elə bir fikrim yoxdur. Gözləyirəm, inşallah yaxşı uğurlara imza atarıq. O ki qaldı çəkimə… xeyr, bununla bağlı da heç bir dəyişiklik düşünmürəm. Eyni çəki dərəcəsində çıxış edəcəm.

– Zədəm var idi dediniz.Bəs indi səhhətiniz necədir?

– Zədəm Olimpiadadan da öncə vardı. Yəni çoxdan olan problemdir. Yenə narahatlıq verirdi. Bununla bağlı 15 gün ciddi müalicə aldım. Şükür, indi yaxşıyam.

– Milli komandanın olimpiadada uğurlu çıxışında Peter Zeyzenbaherin idmançılarımızın hazırlanmasında önəmli rolu oldu. İndi o məhkəmə prosesinə görə öz ölkəsindədir. Onun yoxluğu məşqlərə təsir edirmi?

– Əslində, indi biz Peter Zeyzenbaher olmasa da məşqlərimizi onun sistemi üzrə davam etdiririk. Məşqlərlə bağlı problemimiz yoxdur.

– Yeni ildən cüdo qaydalarında ediləcək dəyişikliklərə hazırsınız?

– Düzdür, deyirlər dəyişilik ediləcək. Amma nə vaxt olacaq bilinmir.

Düşünürəm ki, bizim üçün qaydalarda dəyişiklik müsbət xarakter daşıyacaq. Bizdə atma fəndidir. Ümumiyyətlə, təbiət etibarilə biz hesabın saxlanılması istiqamətində hərəkət edə bilmirik, irəli can atırıq. Üstəlik, döyüşlərin 5 dəqiqədən 4 dəqiqəyə kimi qısaldılması da optimal görünür. Biz də bu dəyişikliyə təbii ki, hazırıq, çünki işimiz cüdodur.

 

Aygün İlqarqızı

Yenicag.az

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv