!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu da Hindistandakı FETÖ: Qadınlara təcavüz, kişiləri...

!Reklam – Yazi

Hindistanda ixtişaşlar hələ də davam edir.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna Hindistanın dini xadimlərdən Gurmeet Ram Rahim Sinqhin təcavüz iddiasında təqsirləndirilərək məhkum olunması səbəb olub.

Təxminən 60 milyon davamçısı olduğu qeyd edilən Sinqh havadarları baş verən hadisələrdə 30 nəfəri öldürüb, 200-dən çox insanı yaralayıblar.

Məsələ burasındadır ki, Sinqh 2008-ci ildə iki qadın izləyicisinə təcavüz etdiyinə görə yeddi il həbs cəzasına məhkum olunub. Bu isə, Singh davamçılarını hərəkətə gətirib.

Qeyd edək ki, din xadimi 2002-ci ildə də iki qadın izləyicisini zorladığına görə məhkum olunanda Panchkula qəsəbəsində böyük münaqişələr baş verib.

Məhkəmənin qərarına etiraz edən Sinqhin davamçıları, Pəncab və Haryanada hökumət binalarını və avtobusları yandırıb.

Buna görə də, qatar və avtobus reysləri dayandırılıb, məktəblərdə isə tətil elan edilib.

Onu da qeyd edək ki, Sinqh, 2015-ci ildə 400-dən çox kişini Allaha yaxın olacaqları yalanını vəd edərək cinsi orqanını kəsməyə sövq edib. O, “Qazanc məqsədi güdməyən ruhsal təşkilat” deyə xarakterizə edən təriqəti 23 yaşından etibarən idarə etməyə başlayıb.

Həmçinin Sinqhin öz ərzaq məhsulları markası da var.

Yenicag.az

www.yenicag.az

825
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv