Əfqanıstanın paytaxtı Kabildə terrorçunun özünü partladaraq 15 nəfərin ölümü ilə nəticələnən hadisənin məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan SITE məlumat yayıb.
Qeyd edək ki, hadisə nəticəsində 25 nəfər yaralanıb. İntiharçı-terrorçu özünü Kabilin PD9 rayonunda polis nəzarət-buraxılış məntəqəsi yanında partladıb.