Bu da sizə qoca: 90 yaşında reqbi oynayırlar – FOTOLAR

Yaponiyada qeydiyyatda olan 120 min reqbi oyunçusunun əksəriyyəti orta yaş həddini keçib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya Reqbi Federasiyasının açıqladığı məlumatda maraqlı nüanslar yer alıb.

Məlumata görə, qeydiyyatda olan 120 min reqbi ustasından təqribən 10 min nəfəri 40 yaşdan yuxarı oyunçulardır. Hələ bu harasıdır?

Qeyd olunur ki, Federasiyada qeydiyyatda olan 3 nəfər 90 yaşı haqlasa da, karyeralarını hələ davam etdirirlər. Onlardan biri – 86 yaşlı Ryuiçi Naqayama bu yaşda reqbi oynamaqdan zövq aldığını mübarizənin onun üçün əyləncə olduğunu deyib.

Samirə Əliyeva

COP29