Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bu da Vyana görüşü: Nəticəsiz müzakirələrin yeni silsiləsi başlayır?

Reklam: High Technic

“Sadəcə, tərəflər arasında dialoqun davam etdirilməsinə dair şifahi razılaşma var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-da Vyanada baş tutan görüşün nəticələrini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Vyana görüşündə hər hansı müsbət nəticənin əldə edilməməsi gözlənilməz olmadı:
“Vyana görüşü ilə bağlı mənim proqnozlaşdırdığım baş verdi. Vyanada aparılan danışıqlar da göstərdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin həlli istiqamətində detallı müzakirələrə hazır deyil.

Paşinyan sadəcə, mövcud vəziyyətin saxlanması, atəşkəsin qorunması və İrəvanın maraqlarına uyğun olan başqa məsələlərin müzakirəsini istəyir. Ancaq danışıqlar prosesinin ötən raundlarında bu məsələlərə dəfələrlə toxunulub.

Azərbaycanın maraqları isə tələb edir ki, münaqişənin həlli üçün detallı müzakirələr aparılsın. Oraya isə Dağlıq Qarabağın ətrafındakı rayonların boşaldılması, məcburi köçkünlərin öz yurdlarına qayıdışı və başqa vacib məsələlər daxildir. Bizə maraqlı olan budur. Paşinyan isə həmin mövzuların müzakirəsindən yayınır.

O baxımdan, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu görüşü təşkil etməkdə məqsədlərinin nə olduğu da anlaşılmır.

Artıq ilin isti ayları başlayır və bu amil hərbi toqquşma ehtimalını xeyli artırır. Əslində, bu görüşlərin təşkili yay aylarında başlaya biləcək toqquşmaların qarşısını almaq məqsədi daşıyır. Yəni həmsədrlər Azərbaycan və Ermənistan liderlərindən müharibəyə başlamamaq təminatı almağa çalışırlar.

Konkret desək, gözlənildiyi kimi, Vyana görüşündə real nəticə əldə olunmayıb. Sadəcə, tərəflər arasında dialoqun davam etdirilməsinə dair şifahi razılaşma var. Eyni zamanda, həmsədrlərin görüşdən sonra verdikləri açıqlamada da yeni heç nə yoxdur.

Onların bəyanatında diqqəti çəkən tək məqam “humanitar sahədə əməkdaşlıq imkanlarının axtarılması” fikridir. Bunun nə demək olduğunu yəqin ki, hələ heç iki ölkə liderləri də bilmirlər. Ona görə də, həmsədrlər bu məsələyə aydınlıq gətirməlidirlər”.

A.Zeynalov

www.yenicag.az

2630