1 ildən çoxdur gözlənilən və haqqında tez-tez eşitdiyimiz bizneslər üçün xüsusi “WhatsApp” bir neçə saat öncə rəsmi olaraq təqdim olundu.
Yenicag.az xəbər verir ki, “WhatsApp Business” adlandırılan bu əlavə ayrıca bir tətbiq kimi “Play Store”da yer alır.
Bütün yayılan şaiyələrə baxmayaraq “WhatsApp Business” hələlik, pulsuz olaraq təqdim olunur.
Xüsusi imkanlara sahib olan bu tətbiq vasitəsilə biznes profil yaradarkən detallı informasiyanı hesaba əlavə etmək mümkündür.
Şirkətdən bildirilib ki, mövcud xidmətlər uzun müddətlik pulsuz olacaq.
Tətbiq, hələ ki, İndoneziya, İtaliya, Meksika, Böyük Britaniya və Amerika bazarları üçün açıqdır. Lakin, önümüzdəki həftələrdə “WhatsApp”ın bu tətbiqi qlobal bazara da açacağı gözlənilir. (Technote)